Qəzza zolağında 215 girov qalıb
Bunu İsrail Müdafiə Ordusunun nümayəndəsi Doron Spilman deyib

"Qəzza zolağında 215 girov qalıb".
“Kommersant” xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun nümayəndəsi Doron Spilman "X" səhifəsində bildirib.
O əlavə edib ki, qalan girovların vəziyyətindən İsrail hökumətinin məlumatı yoxdur. Doron Spilman girovların bəzilərinin öldürülə biləcəyini də söyləyib.
Xatırladaq ki, noyabrın 24-də 4 günlük humanitar atəşkəsin ilk günündə İsrail və HƏMAS əsirləri dəyişdirib. Razılaşmaların şərtlərinə görə, İsrail hər girov üçün üç fələstinli məhbusu qaytaracaq. Noyabrın 25-də 13 israilli girov və 39 fələstinli məhbus azad edilib.