BLOQ

Ramazanda Ayın görünməsi...

Məsələnin tarixi kökləri də varmış...

Ramazanda Ayın görünməsi...
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ağlım kəsəndən Ramazanda Ayın görünməsi söhbəti gündəlikdən çıxmır.
    Sən demə, məsələnin tarixi kökləri də varmış..
    Birinci Dünya müharibəsi zamanı - 1916-cı ildə arxa cəbhədə işlətmək məqsədi ilə Peterburq ətrafına Orta Asiyadan bir neçə eşelon müsəlman gətirilir. İşin tərsliyindən Ramazan ayı "bəyaz gecələrə" təsadüf edir. Bütün günü işləməkdən əldən düşmüş qazax, özbək, karakalpak və s. qardaşlar saatı çatanda nə qədər baxırlarsa Ayı görmürlər. Birinci gecəni hamı ac-susuz yatır. Baraklarda söhbət gəzir ki, kafirlərə boyun əydiyimizə görə Allah bizdən üz döndərib, daha Ayı göstərməyəcək. Bu qərib yerdə dinimizdən, oruc-namazımızdan uzaq ölüb gedəcəyik. Ruslar nə qədər xahiş edirlərsə, hədə-qorxu gəlirlərsə də, heç kim "payok"a yaxın durmur. Axırda Peterburqdan tatar imamlarını gətirirlər. Onlar bir təhər dindaşlarını başa salırlar ki, Ay olmayacaq, vaxtı çatanda gedin qorxusuz-ürküsüz iftarınızı açın.
    Tarix belə deyir. Eyni zamanda məsələ aktuallığını saxlayır. Bu gün də oxudum ki, bir dindar qardaşımız sual edir: "Əgər Ay görünmürsə, mən orucumu necə poza bilərəm?"