BLOQ

Rejissor Oqtay Mir-Qasımın ad günüdür

Azərbaycanın Xalq artistinin 81 yaşı tamam olur

Rejissor Oqtay Mir-Qasımın ad günüdür
Oqtay Mir-Qasım
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub.

    1963–1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır.

    Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir.

    Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir.

    1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.

    2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

    7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.

    2 avqust 2018-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.

    2023-cü ildə ANS Şirkətlər Qrupuna daxil olan "Balans" Rəqəmsal Bərpa Studiyası, rejissorun 80 ilik yubileyi münasibətilə, 1987-ci ildə çəkdiyi "Şeytan göz qabağında" filmini tam bərpa edib.

    Filmoqrafiya

    1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
    777 №-li müəssisədə (film, 1988)(qısametrajlı bədii süjet-Mozalan № 129)
    777 №-li sexdə (film, 1979)(qısametrajlı bədii süjet-Mozalan № 47)
    Anlamaq istəyirəm (film, 1980)
    Arif Babayev (2000)
    Arzularını Çəkən Rəssam (2007)
    Azərbaycan Haqqında Etüd (1969)
    Azərbaycan Kinosu-80 (1996)
    Bakı Haqqında 10 Dəqiqə (1970)
    Bir dəfə (1990)
    Biz Qayıdacağıq (2007)(II)
    Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)
    Cəfər Cabbarlı (1969)
    Cəza (1986)
    Cin mikrorayonda (film, 1985)
    Daha bir fənd (film, 1978)
    Dama Dama... (1986)
    Dantenin yubileyi (film, 1978)
    De ki, Məni Sevirsən! (1977)
    Dəniz (film, 1965)
    Dostluq səfəri (film, 1977)
    Əgər bir yerdəyiksə (film, 1975)
    Əhməd Haradadır? (1983)
    Əmək və qızılgül (film, 1962)
    Fənd (1978)
    Gecə Söhbəti (1971)
    Gecəniz Xeyrə Qalsın (1977)
    Gedərgəlməz (film, 1984)
    Gənclər Festivalı (1969)
    Gümüşü furqon (film, 1982)
    Günah (1989)
    Günaydın, mələyim! (film, 2008)
    Günlərin Bir Günü... (1981)
    Hörmətli Alim Yoldaşlar (1971)
    Xəzinə (1970)
    İşgüzar adamlar (film, 1977)
    Kallıq (1981)
    Kədərimiz... Vüqarımız... (1998)
    Qaladan Tapılan Mücrü (1982)
    Qara Qarayev-60 (1978)
    Qaşqayın Son Proqnozu (2007)
    Qobustan (film, 1967)
    Qorunmağa Möhtac Qoruq (1983)
    Leylək Gözləyir (1977)
    Məğlubedilməzlər (1983)
    Mən Kitabımı Başlayıram (2006)
    Milli Bomba (2003)
    Müqavilə (1978)
    "Müstəntiq və Məntiq" (1971)
    Nəriman Nərimanov (1972)
    Nəzarətin Reydi "Mozalan"ın Qeydi (1977)
    Ovsunçu (2003)
    Öpürəm (1988)
    Rəşid Behbudov (1975)
    Səhər (film, 1995)
    Şeytan göz qabağında (film, 1987)
    Şəhidlik Zirvəsi (2001)
    Tatarıstanda Azərbaycan Günləri (1969)
    Vətəndaş, Həkim, Alim (1984)
    Yeddi qoyun nağılı (film, 1983)
    Yenidənqurmanın İşığında... (1988)