Rusiya hökuməti Qafanda Baş Konsulluq açmağı təsdiqlədi
Rusiya Federasiyasının Qafandakı Baş Konsulluğu Ermənistanda ikinci olacaq
Qafanda Rusiya Federasiyası hökuməti Ermənistanın Zəngəzur bölgəsinin Qafan şəhərində Baş Konsulluğun açılması haqqında sazişi təsdiqləyib.
Bu barədə sərəncamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb və sənəd dərc olunub.
Rusiya Federasiyasının Qafandakı Baş Konsulluğu Ermənistanda ikinci olacaq. Birinci konsulluq Gümrü şəhərindədir.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota mübadiləsi aparmaq tapşırılıb.