XƏBƏRLƏR / Qonşular

TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni bir dövr açacaq

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda keçirilən Konkordiya Zirvəsində panel müzakirəsində deyib

TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni bir dövr açacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • TRIPP layihəsi ölkəmiz və iqtisadiyyatımız üçün yeni bir dövrün başlanğıcını qoyacaq.

    Baş nazir Nikol Paşinyan Nyu-Yorkda keçirilən Konkordiya Zirvəsində panel müzakirəsində iştirak edib.

    Baş nazir moderatorun Ermənistan və Azərbaycan arasında bərqərar olan sülh və onun yaratdığı imkanlar barədə suallarını cavablandırıb. Nikol Paşinyan qeyd edib ki, hazırda iş regional əlaqələri tam şəkildə açacaq TRIPP layihəsinin həyata keçirilməsinə yönəlib: "Bu, ölkəmiz və iqtisadiyyatımız üçün yeni bir dövrün başlanğıcını qoyacaq".

    Baş nazir əlavə edib ki, bu, həm də Ermənistan hökumətinin "Sülh Kəsişməsi" layihəsinin həyata keçirilməsidir.