Rusiya müdafiə nazirinin Zəngəzurla bağlı təxribatçı çıxışı
Andrey Belousovun Bişkekdə KTMT iclasında müəmmalı çıxışı təcüb doğurub

"Ermənistanın Sünik rayonu (Zəngəzur - ANSPress) ətrafında gərginlik davam edir. Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Rusiya sülh müqaviləsinin imzalanmasının asanlaşdırılması üçün hər şeyi etməyə hazırdır," - Rusiyanın müdafiə naziri Andrey Belousov bunu KTMT-nin Bişkekdə keçirilən müdafiə nazirlərinin toplantısında bəyan edib.
"Gərginliyin" nədən ibarət olduğunu nazir dəqiqləşdirməyib.
Belousov Cənubi Qafqazda qeyri-regional ölkələrin fəallaşdığını açıqlayıb.
Müdafiə naziri bildirib ki, bu cür aktivləşmənin məqsədi təhlükəsizliyi gücləndirmək deyil, onların təsirini genişləndirməkdir
Qeyd edək ki, Ermənistan nümayəndəsi KTMT toplantısında ənənəvi olaraq iştirak etməyib. Belə olan halda Ermənistanın rayonların birində "gərginlikdən" danışmaq ən azı anlaşılmazdır.