XƏBƏRLƏR / Siyasət

Rusiya Qarabağ “məsələ"sini dondurmaq istəyirdi

Bu barədə jurnalistlərə “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovanisyan məlumat verib

Rusiya Qarabağ “məsələ"sini dondurmaq istəyirdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Rusiya Qarabağ “məsələ”sini gələcəyə təxirə salmağı təklif etsə də, təkid edə bilmədi".

    Rusiya doğrudan da Qarabağın “status məsələsi”nin həllini gələcək üçün təxirə salmağı, yəni status-kvonu saxlamağı təklif edirdi. Bu barədə jurnalistlərə “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovanisyan məlumat verib.

    “Biz bununla razılaşdıq, bunu Ermənistanın baş naziri açıq şəkildə bəyan edib. Lakin bundan sonra Rusiya öz təklifində israr edə bilmədi - məncə, Azərbaycanın mövqeyinə görə”, - Hovanisyan bildirib.