XƏBƏRLƏR / Münaqişə

Rusiya Ukraynaya raket hücumu edir.Polşada həyəcan YENİLƏNİB

Bu barədə Ukrayna mediası xəbər verir

Rusiya Ukraynaya raket hücumu edir.Polşada həyəcan YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:34

    Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bildirir ki, ölkənin hava məkanının naməlum uçan obyektlər tərəfindən pozulması ilə əlaqədar olaraq, mümkün hava təhlükəsi barədə məlumat Hökumət Təhlükəsizlik Mərkəzinə göndərilib.

    Radar sistemlərindən alınan məlumatlar hazırda yoxlanılır və zəruri hallarda potensial təhlükənin qarşısını almaq üçün tədbirlər görülür.

    ***

    10:05

    Ukrayna mediası hazırda Rusiya Silahlı Qüvvələrinin kütləvi raket hücumu barədə məlumat verir.

    Məlumatlara görə, Kiyevə ballistik raket zərbələri endirilib, Lvova qanadlı raketlər endirilib və hazırda Ukrayna hava məkanında təxminən 50 raket var.

    Ukrayna monitorinq resurslarına görə, raketlərdən biri Ukrayna sərhədini keçib və hazırda Polşa hava məkanındadır. Hazırda rəsmi təsdiq yoxdur.

    Polşanın şərqindəki Lublin şəhərində hava hücumu sirenləri səsləri eşidilir.