BLOQ

Rusiya və İran Ermənistan üzərində protektorluq uğrunda

Bəs İrəvan və Paşinyan?!

Rusiya və İran Ermənistan üzərində protektorluq uğrunda
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və orada Rusiyanın Azərbaycanla Ermənistan arasında kommunikasiyaların, yəni Zəngəzur dəhlizinin qarşısının alınması mövzusunda fəallaşmasına etiraz edilib. Eyni zamanda İran Xarici İşlər Nazirliyi rusiyalı diplomata regionda geosiyasi dəyişikliklərin yolverilməzliyini və nədənsə İranın suverenliyini xatırladıb...

    Yəni Rusiya üçtərəfli hökumətlərarası komissiyanın üzvü olduğu kommunikasiyaların açılması mövzusunda fəaldır, İran isə Ermənistan üzərindən istənilən əlaqənin əleyhinədir...

    Tamamilə sürreal!

    Bəs İrəvan və Paşinyan?!

    Heç nə! Susurlar!

    Orada İranla Rusiya Ermənistanın daha çox nəyə ehtiyacı olduğu barədə mübahisə edirlər, İrəvanda isə susurlar...

    Azaldılmış subyektliyin öz bədəli var... və belə görünür ki, Paşinyanın Ermənistanın baş naziri kürsüsündə fəaliyyəti subyektivlik səviyyəsini artırmayıb, çünki 6 ildən sonra onun himayədarları Ermənistanın yerinə qərar verir, İrəvan isə susur.