Noyabrın 29-da Rusiya ordusu Ukraynanın Vinnitsa bölgəsinə hava zərbələri endirib.
Vinnitsa vilayət Hərbi Administrasiyası məlumat verib.
Bildirilib ki, Vinnitsa bölgəsində hava hücumu nəticəsində bir kişi və bir qadın həlak olub. Daha bir nəfər isə xəsarət alıb.
Həmçinin yaşayış binasına zərbə endirildiyi qeyd olunub. Binanın yaxınlığında iki mikroavtobus yanıb.
Noyabrın 29-da gecə baş verən atəş nəticəsində isə qaraj kooperativi, mülki müəssisə və fərdi evə ziyan dəyib. Xüsusilə, Vinnitsa şəhərindəki qaraj kooperativinin ərazisində yanğın baş verib. Yanğın və partlayış dalğası 17 avtomobilə, 10 qaraja və bir anbara ziyan vurub. Daha dörd avtomobil yanğın nəticəsində tamamilə məhv olub.
Hazırda hücumun nəticələri aradan qaldırılır.
1 dəqiqədən az