Rusiya XİN ABŞ diplomatına kəskin etiraz bildirib
Stefani Holms Kursk vilayətində amerikalı müxbirlərin fəaliyyəti ilə bağlı Rusiya XİN-nə çağırılıb
ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Stefani Holms Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirliyin məlumatına görə, Kursk vilayətində amerikalı müxbirlərin əməlləri ilə bağlı, həmçinin Amerika Özəl Hərbi Kompaniyasının Rusiya Federasiyasının ərazisinə hücumu zamanı Ukrayna Silahlı Qüvvələrinin tərəfində iştirakına dair ortaya çıxan sübutlarla bağlı diplomata kəskin etiraz edilib.
Bundan əvvəl "Vaşinqton Post" qəzeti Sucadakı vəziyyətlə bağlı məqalə dərc edib və orada nəşrin müxbirlərinin Ukrayna hərbçilərinin müşayiəti ilə Rusiya ərazisinə gəldiyini bildirib.