XƏBƏRLƏR / Siyasət

Rusiya XİN-dən Bakı və İrəvana çağırış

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün səsləndirib

Rusiya XİN-dən Bakı və İrəvana çağırış
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Ermənistana arasında sülh prosesinə alternativ yoxdur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

    O qeyd edib ki, Rusiya qərarlıdır və mövqeyini bir daha təsdiq edir.

    "Tərəfləri bəyanatlarda və hərəkətlərdə təmkinli olmağa və münasibətlərin normallaşması üzrə danışıqları bərpa etməyə çağırırıq”, - deyə Zaxarova bildirib.

    Rusiya rəsmisi vurğulayıb ki, tərəflər arasında düşmənçilik ritorikasının artması, Qarabağda insidentlərin çoxalması narahatlıq doğurur.