XƏBƏRLƏR / Hadisə

Rusiyada hərbi komendantlığda partlayış: 3 ölü

Bu barədə yerli Telegram kanallar məlumat yayıb

Rusiyada hərbi komendantlığda partlayış: 3 ölü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyada hərbi komendantlıq binasında partlayış baş verib.

    Yerli KİV xəbər verir ki, hadisə Leninqrad vilayətinin Vsevolojsk rayonunda yerləşən hərbi komendantlığın binasında qeydə alınıb.

    İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, dağıntılar altında daha 3 ya 4 nəfərin qala biləcəyi bildirilir.

    Partlayışdan sonra binanın ikinci və üçüncü mərtəbələrində uçqun baş verib, əlavə çökmə təhlükəsi qalır.

    Hadisə yerinə təcili yardım və digər operativ xidmət əməkdaşları cəlb olunub.

    Axtarış-xilasetmə işləri davam etdirilir.