Rusiyada polislə silahlılar arasında atışma olub
Yeddi nəfər ölüb, 4 nəfər yaralanıb
Rusiyanın Qaraçay-Çərkəz Respublikasında yol patrul xidmətinin əməkdaşlarına silahlıların hücumu nəticəsində ikisi polis, beşi yaraqlı olmaqla yeddi nəfər ölüb, dörd asayiş keşikçisi yaralanıb.
"RİA Novosti" xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyinin yerli idarəsi yayıb.
Məlumata görə, aprelin 29-da gecə saatlarında “VAZ-2109” markalı maşından müvəqqəti polis postu istiqamətində partlayıcı tulladıqdan sonra avtomat silahından atəş açmağa başlayıblar.
Bildirilib ki, hadisə yerindən əldəqayırma bomba aşkarlanıb.