Rusiyanın İvanovo vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb
Rusiya Müdafiə Nazirliyi xəbər verir
Rusiya Müdafiə Nazirliyi İvanovo vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verib.
“Severnı” aerodromundan havaya qalxan zaman İl-76-nın mühərrikində yanğın baş verib. Əlavə dairə vuran ekipaj geriyə eniş zolağına təcili eniş etməyə çalışsa da, buna nail ola bilməyib.
“İvanovo vilayətində İL-76 hərbi təyyarəsi uçuş zamanı qəzaya uğrayıb. Təyyarədə səkkiz ekipaj üzvü və yeddi sərnişin olub.
Qəzaya səbəb təyyarənin qalxması zamanı mühərriklərdən birinin yanması olub”, - məlumatda deyilir. Təyyarə yerə çırpılaraq partlayıb.
Bildirilir ki, İl-76 təyyarəsinin qəzaya uğradığı yerdə 5 nəfərin qalıqları tapılıb. Ehtimal olunur ki, ekipajın qalan hissəsi və sərnişinlər içəridədir.