Rusiyanın Qafqaz üzrə nümayəndəsi İranda danışıqlar aparır
İqor Xovayevlə görüş haqda İranın xarici işlər naziri Abbas Əraqçi "İnstaqram" səhifəsində yazıb

İranın xarici işlər naziri Abbas Əraqçi "İnstaqram" səhifəsində Rusiya xarici işlər nazirinin Ermənistan və Qafqaz üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşü barədə yazıb.
“Bu görüşdə biz Qafqaz regionunda baş verən siyasi proseslərə xüsusi diqqət yetirərək beynəlxalq problemləri müzakirə etdik və fikir mübadiləsi apardıq.
Mən bir daha vurğuladım ki, İran İslam Respublikası qonşu ölkələr arasında sülh və sabitliyin bərqərar edilməsi səylərini dəstəkləməklə yanaşı, regionda geosiyasi sabitliyin və öz milli maraqlarının qorunmasına xüsusi diqqət yetirir və nəqliyyat əlaqələrini məhdudlaşdıra və ya İranın maraqlarını təmin edə biləcək hər hansı proqram və ya layihəyə xüsusi həssaslıqla yanaşacaq”.