Rusiyanın Qafqazdan çıxmasından söhbət gedə bilməz
Bunu Ermənistandakı Rusiya səfiri Sergey Kopırkin deyib
"Rusiyanın Cənubi Qafqaz regionundan çıxacağından söhbət gedə bilməz". "Sputnik Armenia" xəbər verir ki, bunu Ermənistandakı Rusiya səfiri Sergey Kopırkin deyib.
"Bu, həyati əhəmiyyətli regiondur və Rusiya faktiki olaraq onun bir hissəsidir. Rusiya Federasiyasının Ermənistan qarşısında müttəfiqlik öhdəlikləri var, Rusiya tərəfi də bundan imtina etmək niyyətində deyil və bunları unuda bilməz. Buna görə də Rusiya Federasiyasının geri çəkilməsinə dair xəyali planlar haqqında hər hansı belə bir söhbət məhz spekulyasiyadır. Rusiyanın mövcudluğunun rolunu hiss etmək üçün Ermənistanın sərhədyanı rayonlarının və Qarabağın sakinləri ilə ünsiyyət qurmaq lazımdır. Siyasi spekulyasiyalar var, amma real həyat başqa cürdür", - deyə o bildirib.