XƏBƏRLƏR / Qalmaqal

Rusların “Akkuyu” AES-də fəhlələrə verməyə pulu yoxdur

Bununla bağlı etiraz aksiyalarını dağıtmaq üçün türk jandarm qüvvələri cəlb olunub FOTO

Rusların “Akkuyu” AES-də fəhlələrə verməyə pulu yoxdur
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İyulun 23-də Rusiyanın "Rosatom" dövlət korporasiyası tərəfindən tikilən Türkiyədə "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisində işçilər tətilə çıxıblar. "Rosatom" şirkətinin “Akkuyu” AES-də fəhlələrin maaşını verməyə vəsaiti yoxdur. Artıq tətillər başlayıb və tətilçilərin dağıdılması üçün türk jandarm qüvvələri cəlb edilib.

    Fəhlələr maaşların gecikməsindən narazılıqlarını ifadə edərək, yaxındakı yolları bağlayıblar. Türkiyə polisi hadisə yerinə çağırılıb və aksiyaçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

    “Rosatom” Türkiyənin “Akkuyu” AES-də işçilərin ödənişlərindəki fasilələri xarici siyasi təzyiqlə izah edib. Podratçılarla hesablaşmalar üçün nəzərdə tutulan vəsaitin bir hissəsi üçüncü ölkələrin təşəbbüsü ilə bloklanıb, RBK dövlət korporasiyasının mətbuat xidmətinə istinadən yazır.

    Şirkət bəyan edib ki, bu, məsələ Rusiya ilə nüvə sahəsində rəqabət aparan dövlətlərin hərəkətlərinə aiddir. "Rosatom" bildirir ki, bu ölkələr Moskvanın xarici layihələrinin həyata keçirilməsini çətinləşdirmək üçün haqsız rəqabət alətlərinə əl atırlar.

    Hazırda podratçılar vəziyyəti müzakirə etmək və onun həlli yollarını göstərmək üçün işçilər və subpodratçı təşkilatın nümayəndələri ilə görüşlər keçirirlər.

    “Əslində biz Rusiyanın qabaqcıl nüvə layihələrinə kənar müdaxilə cəhdləri ilə qarşılaşmışıq”, - dövlət korporasiyası qeyd edib.

    Bu arada dövlət korporasiyası investorlar axtarır. İyul ayında "Bloomberg" xəbər vermişdi ki, "Rosatom" Türkiyə şirkətləri də daxil olmaqla layihənin 49% səhmlərinin satışı ilə bağlı danışıqlar aparır. Bu imkan Rusiya ilə Türkiyə arasında 2010-cu ildə imzalanmış müqavilədə nəzərdə tutulub. Payın satışına cəhd əvvəllər 2018-ci ildə edilib, lakin "Cengiz Holding", "Kolin İnşaat" və "Kalyon İnşaat" konsorsiumu Rusiya tərəfi ilə şərtləri razılaşdırmadan sövdələşmədən çıxıb.