XƏBƏRLƏR / Hava

Sabah hava əsasən yağmursuz olacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah hava əsasən yağmursuz olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan ərazisində oktyabrın 31-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-14, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-12, gündüz 18-22 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.