BLOQ

Sağ əlin verdiyini sol əl bilməlidir?

Qurana nəzər salırıq

Sağ əlin verdiyini sol əl bilməlidir?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Sağ əlin verdiyini sol əl bilməsin...". Bu xürafi deyimin İslam təlimləri ilə heç bir əlaqəsi yoxdur. İlk dəfə olaraq belə bir deyim məşhur hədis dəllalı Əbu Hüreyrə tərəfindən Peyğəmbərin dilindən deyilir. Bir halda ki bu deyim Qurana yox, İncilə aiddir (Mata. 6 cı bölüm).

    İndi Qurana nəzər salaq.

    İbrahim surəsi 31, Bəqərə 271 və 274 cü ayələrdə gizli və aşkar sədəqədən söz açılır: "Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!".

    Digər ayələrdə isə xeyirxah işlərdə bir-birimizlə rəqabət aparmağımız əmr olunur. "Yoxsulu yedirtmək barəsində də bir-birinizi təşviq etmirsiniz"( Fəcr.18).

    Sağ əlin verdiyini sol əl bilmədiyi halda necə rəqabət aparmaq olar? Deməli, burada əsas şərt qarşı tərəfə minnət qoymamaq və səmimiyyətlə sədəqə verməkdir.

    Və o ki qaldı yoxsullara olan münasibətə, imkanlı şəxslər hamılıqla onlara borcludurlar. "Zariyat. 19"-a nəzər salaq: "Mallarında da dilənçinin və yoxsulun haqqı (payı) var idi".

    Deməli, hər bir imkanlı şəxs vaxtaşırı yoxsul şəxslərə yaxınlaşıb "qardaş, ya bacı, bu sənə olan borcumdur, bağışla, bir az gecikdirdim" deyib verməlidir...