XƏBƏRLƏR / Hadisə

Samuxda yol qəzasında 3 nəfər ölüb, 1 nəfər yaralanıb

“VAZ 2107" ilə “Mercedes” markalı minik avtomobillər toqquşub

Samuxda yol qəzasında 3 nəfər ölüb, 1 nəfər yaralanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:42

    Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar iyulun 8-də saat 21:30 radələrində 2 nəfər (kişi) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib, onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

    Tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmətlər göstərilən 1 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

    Hazırda 1 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

    ***

    06:38

    Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “VAZ 2107" ilə “Mercedes” markalı minik avtomobillərinin toqquşması zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Alıyeva ölüb.

    Hadisə zamanı iki nəfər də ağır xəsarət alıb. Hadisə yerinə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.

    Avtomobildə sıxılmış vəziyyətdə qalan 3 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Avtomobildə sıxılı vəziyyətdə yaralı olaraq qalan daha bir nəfər də xilas edilib.

    Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.mların əməkdaşları cəlb edilib.