XƏBƏRLƏR / Hərbi

Şəhid Vidadi Zalov dəfn olunub

Şəhid Saray qəsəbəsində toprağa tapşırılıb

Şəhid Vidadi Zalov dəfn olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən gün Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Vidadi Nizami oğlu Zalovla vida mərasimi keçirilir.

    Şəhidin nəşi Abşeron rayonunun Saray qəsəbəsindəki evinə gətirilib.

    Vida mərasimində şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edir.

    Şəhid Saray qəsəbəsində dəfn olunub.