“Şerdə plagiat” mövzusu, görürəm FB-də çoxlarını möhkəmcə həyəcanlandırıb.
Bəzilərinin kürkünə, şerinə bit düşüb elə bil. Oxşar nümunələrin sayını artırmaq istərdim. Səməd Vurğun demişkən, “Oxuyuram Leninin əsərlərini, dəstədən geridə qalmamaq üçün”.
Bir dəfə, yadımdadır, rəhmətlik Vaqif Səmədoğlu ilə oxşar plagiat söhbəti yaşamışam.
Heç, götürdüm “Literaturnaya qazeta”nın 12 noyabr 1997-ci il sayında çap edilmiş şair Konstantin Vanşenkinin “O, Tanrıya inanmır, tanrı isə hələ də ona inanır” şerini.
Qəzet kəsiyini əyani vəsait kimi qoydum çayxana masası üzərinə.
Sonra Peru şairi Sesar Vallyexonun “Hansı dildə susaq?” misralarını göstərdim şairə.
Susdu bir xeyli. Eynəyini axtardı cibində. Tapmayınca, məcbur oldu mənə inansın. Bir an möhkəmcə, sərt baxdı mənə yox... mən tərəfə...
Sonra baxışları yumşaldı tədricən. Gülərək “Hansı dildə susaq?” misralarını blüzsayağı, uzun-uzadı tələffüz etdi. Ardınca “Biz yox, Allah bizə inamır” şerini tam musiqiyə çevirdi.
Sonunda qulağıma mehribancasına pıçıldadı: “Şairlərin hamısı bir adamdır. Eyni misraları yazırlar”.
Peru şairi Sesar Vallyexo, rus şari Vanşenkin, bizim Vaqif Səmədoğlu eyni poeziya marşrutunda addımlayıblar. Neynək, oxşar addımları çoxdur.
Mübahisəni təbii sayıram...