BLOQ

Sən nə bilirsən QƏDR nədir?

Quranda bu ifadənin keçdiyi bütün yerlərdə dərhal verilən sualın cavabı gəlir

Sən nə bilirsən QƏDR nədir?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Məkkədə nazil olan Qədr surəsində peyğəmbərə belə bir sual xitab olunur: "və ma ədrakə ma ləylətul qədr"  (sən nə bilirsən qədr gecəsi nədir?)...

    Quranda bu ifadənin keçdiyi bütün yerlərdə dərhal verilən sualın cavabı gəlir. Eyni ilə bu surədə olduğu kimi. Cavabda deyilir: Qədr gecəsi min aydan daha xeyirlidir!

    Bir anlıq Quranın nazil olduğu günü və günün zamanını xatırlayaq. Axı ilk ayə nazil olarkən gecə deyildi, günortadan bir az keçmişdi (əsr - axşamüstü vaxtı idi).

    Başqa bir sual. Bir gecə olubsa, niyə 3 gecə qeyd olunur?

    Və başqa bir sual. Gecə hamı üçün gecədirmi? Axı bizdə gecə olduqda yerin o biri yarımkürəsində gündüz olur. Bizim Qədr gecəmizdirsə, onların nəyidir? Ümumiyyətlə, Peyğəmbər onun hansı gün olduğunu niyə demədi?  Bu surə nazil olduqda axı onu səhabələrə oxudu. Onlar da bilmirdilərmi?

    İndi suallara cavab tapmaq üçün, gəlin, həmin dövrə nəzər salaq. Cəhalət=Zülmət. Quranın adlarından biri isə Nurdur. Və bir çox ayələrdə "Onları zülmətdən nura çıxarar" xəbəri verilir. Deməli, Qədr günün gün batdırqdan sonraki vaxtı ďeyil, insanlığı zülmətdən nura qovuşduran yeni mərhələnin adıdır. Bəs o tək bir gecədirmi? Xeyr! İnsanlıq durduqca yaşanan bir gecə! Belə olduğu halda Peyğəmbər bizə hansı günün gecəsini feməli idi?! Şəraba aludə olan bir şəxsin şərabı atıb hidayət olduğu an onun Qədridir! Zinadan, qeybətdən, oğurluqdan, rüşvətdən və s. yaxa qurtaranların da eynilə. Bəs niyə 1000 ay? Mübaliğədirmi? 1000 il desəydi, daha da mübaliğə olmazdımı? Deyil! Mübaliğə deyil! 1000 ay, təxminən 83 il 4 aya bərabərdir. Yəni, ortalama bir insan ömrü! Bu gecəni (anı) dərk edən bir ömür sürmüş kimidir. Çünki onun həyatını dəyişən də odur. 

    Bəs yaxşı, bu gecədə (anda) əməl olaraq nələri etməliyik? Bu barədə növbəti yazımızda...