BLOQ

Sənə vəhy olunanı çatdır...

Quranın ayələri barədə

Sənə vəhy olunanı çatdır...
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Quranın 6236 ayəsində təbliğat yönümlü ayələrinə nəzər salaq.

    1. Sual xarakterli ayələr. Səndən dağlar barədə soruşacaqlar... Səndən qənimət barədə soruşacaqlar.... De!

    2. Peyğəmbərlərin Allaha verdikləri suala cavab: Ölüləri necə dirildirsən (Bu həm də sorğu-sual qapısının açıq olmasından xəbər verir)?

    3. Sənə vəhy olunanı çatdır..

    4. Səndən hökm istəyəcəklər... De!
     
    5. Keçmiş ümmətlərin əhvalatlarından fraqmentlər.

    6. Müqayisə xarakterli ayələr.

    7. Yaradılışla əlaqəli ayələr.

    Siyahini uzatmaq da olar. Amma uzatsaq belə, orada tək bir təbliğat üsuluna rast gəlinməyəcək. O da mövzunun isbatıdır. Yəni sübuta yetirilməsi.

    Peyğəmbərin 23 illik təbliğat həyatında istər kitab əhlinə, istər müşriklərə nəyisə sübuta yetirmə cəhdinə rast gəlməzsiniz. Çünki Allah ona bunu əmr etmir. Çünki onun din dili, sadəcə, ona vəhy olunanı çatdırmaq idi, sübuta yetirmək deyil.

    Bəs birdən qəbul etməsələr. Etməsin..! Bəs qəbul etsələr... Hə, bax onda onlara izah ver... Buna da Quran "bəyan" deyir.

    Ümumiyyətlə, Quranın bir ayəsində də "Biz onlara... nəyisə sübut etdik" ifadəsi keçmir. Keçənlər "Biz onlara göndərdik, göstərdik, xəbər verdik, öyrətdik..." kimi ifadələrdir. Əslinə baxsaq, müsəlmanlar onlara sübut olana deyil, inandıqlarını sübut etməyə can atırlar...