Şimal Buzlu Okeanındakı buzlar 3 ilə tam əriyə bilər
Arktikada buzsuz ilk gün Yerin ekosistemi və iqliminə əhəmiyyətli dərəcədə təsir göstərəcək
Alimlər deyirlər ki, Arktika üç il ərzində tamamilə buzdan təmizlənə bilər.
Göteburq Universitetinin iqlimşünası Selin Heze və Kolorado Boulder Universitetinin dosenti Alexandra Yanq tərəfindən aparılan araşdırmalar göstərir ki, Arktika 2027-ci ilə qədər tamamilə əriyə bilər və bu, planetin sakinləri üçün “vahiməli bir mərhələ”dir.
Mütəxəssislər Arktikada ilk buzsuz günün nə vaxt baş verəcəyini proqnozlaşdırmaq üçün 300 kompüter simulyasiyası həyata keçiriblər. Əksər hesablamalar göstərib ki, istixana qazlarının emissiyalarının dəyişməsindən asılı olmayaraq, buzun 9-20 il ərzində əriməsinə zəmanət verilir.
Doqquz simulyasiyaya görə, bu, üç il ərzində baş verə bilər. Təkrarlanan isti payız və mülayim arktik qışlar bunun üçün şərait yarada bilər.
Bu il Arktikada minimum dəniz buzunun həcmi rekord həddə ən aşağı göstəricilərdən biri olub və 2024-cü ilin oktyabrı 2023-cü ildən sonra ikinci ən isti oktyabr olub.
Heze vurğulayır ki, Arktikada buzsuz ilk gün Yerin ekosistemi və iqliminə əhəmiyyətli dərəcədə təsir göstərə bilər, məsələn, Skandinaviyada meşə yanğınları başlayacaq, İtaliyanın cənubunda isə temperatur -20-yə düşəcək.
"Bu gün Şimal Buzlu Okeanı adi haldan daha çox istiliyi qəbul edə biləcək və bu, dəniz buzunun yenidən formalaşmasını çətinləşdirəcək", - Heze izah edir.
Mütəxəssislər onu da qeyd ediblər ki, dəniz buzlarının əriməsi dəniz səviyyəsində ciddi artıma səbəb olmayacaq. Eyni səbəbdən buz əriyəndə stəkandakı su daşmır. Ancaq Arktika əridikdən sonra su daha çox qızarsa, qurudakı buzlaqlar əriməyə başlayacaq və bu, dəniz səviyyəsinə təsir göstərəcək.