XƏBƏRLƏR / İctimaiyyət

Şirvanda narkotiklərə görə şəxs saxlanıldı

Rəfael Əliyev əvvəllər dörd dəfə məhkum olunub

Şirvanda narkotiklərə görə şəxs saxlanıldı
Rəfael Əliyev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və narkotiklərə görə dörd dəfə məhkum olunmuş Rəfael Əliyev saxlanılıb.

    Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin, metamfetamin, tiryək və marixuana aşkar edilərək götürülüb.

    Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.