XƏBƏRLƏR / Münaqişə

Son atışmalarda 4 erməni hərbçisi yaralanıb

Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı

Son atışmalarda 4 erməni hərbçisi yaralanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zod yatağı yaxınlığındakı döyüşlərdə yaralanan erməni hərbçilərin sayı 4-ə çatıb, onların həyatı üçün təhlükə yoxdur. Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

    İki yaralının vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Gərginliyin azalması tendensiyası davam edir, sərhədin digər hissələrində vəziyyət nisbətən sabitdir. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.