XƏBƏRLƏR / Sosial şəbəkə

Sosial şəbəkələrə qoyulan məhdudiyyət aradan qaldırıldı

Bəzi provayderlərin internetə qoşulma problemləri də müşahidə olunmur

Sosial şəbəkələrə qoyulan məhdudiyyət aradan qaldırıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda "hicab etirazı" ilə üst-üstə düşən sosial şəbəkələrinə giriş məhdudiyyəti aradan qaldırılıb.

    Beynəlxalq internet monitorinqi təşkilatı olan "NetBlocks" bir neçə Azərbaycan internet xidməti provayderinin şəbəkələrində "TikTok", "Instagram" və "X"-ə giriş məhdudiyyətlərini qeydə almışdır.

    Bu gün təxminən saat 12:00-dan məhdiyyətlər tam aradan qaldırılıb.

    Bəzi provayderlərin internetə qoşulma problemləri də müşahidə olunmur.