Starmer tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv salıb

VİDEO

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Böyük Britaniyanın baş naziri Keir Starmer Kanadada keçirilən G7 sammitində tərcüməçini Cənubi Koreya Prezidenti Li Jae-Myunqla səhv salıb.

    İnsident Starmerin Cənubi Koreya Prezidenti ilə rəsmi danışıqlar üçün görüşdüyü zaman baş verib.

    O, Li Jae-Myunq əvəzinə tərcüməçinin əlini sıxıb.

    Bundan əlavə, Starmer dərhal yer seçə bilməyib, tərəddüd edib və nəticədə Koreya tərəfini çətin vəziyyətə salıb.

    Hadisədən sonra Starmer bildirib ki, Böyük Britaniya Cənubi Koreya ilə "yaxşı güclü əlaqələrə malikdir" və London onları ticarət və müdafiə sahələrində daha da gücləndirməkdə qərarlıdır.