Sülhməramlıların 2 maşını aksiya yerindən keçdi
Aksiya yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Aksiya yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 2 yük avtomobili Xankəndidən Laçın istiqamətə maneəsiz hərəkət edib. Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 112 gündür davam edir.