Tağı İbrahimovun həbs müddəti uzadıldı
Tağı İbrahimov uzun müddət ATV telekanalının prezidenti olub
Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir.
Təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıb. Prokuror seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən uzadılmasını xahiş edib.
Binəqədi Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. Qərara əsasən, T.İbrahimov və T.Rzayevin həbsdə saxlama müddəti daha 2 ay uzadılıb.
Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. O, uzun müddət ATV telekanalının prezidenti olub.