XƏBƏRLƏR / Müttəfiq

TDT Təhlükəsizlik Şuraları katiblərinin iclası keçirilib

Bu barədə TDT Baş katibi Kubanıçbek Ömüralıyev xəbər yayıb FOTO

TDT Təhlükəsizlik Şuraları katiblərinin iclası keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuralarının katiblərinin 4-cü toplantısı keçirilib.

    Bu barədə TDT Baş katibi Kubanıçbek Ömüralıyev özünün “X” hesabında paylaşım edib.

    “İclasdakı çıxışımda təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi, stabilliyin möhkəmləndirilməsi və türk dünyasında sülhün təmin olunmasının vacibliyini vurğuladım. Qırğız tərəfinə ev sahibliyinə görə və bütün nümayəndə heyətlərinə regional təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri dəyərli töhfələrinə təşəkkür edirəm”,- Ömüralıyev qeyd edib.