XƏBƏRLƏR / Qonşular

Tehranda İran–Azərbaycan Birgə iqtisadi komissiyası toplaşır

Yanvarın 22-23-də keçiriləcək komissiyasının 16-cı iclası haqda İran KİV məlumat verib

Tehranda İran–Azərbaycan Birgə iqtisadi komissiyası toplaşır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabah Tehranda Azərbaycan və İranın birgə iqtisadi komissiyasının 16-cı iclası keçiriləcək

    Yanvarın 22-23-də Tehranda İran – Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək və burada əsas sahələrdə əməkdaşlıq müzakirə olunacaq.

    Bu barədə İran KİV məlumat yayıb.

    Komissiyanın həmsədrləri İranın nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev olacaq.

    Yanvarın 22-də Azərbaycandan 40 nəfərlik nümayəndə heyəti iranlı həmkarları ilə profil komitələr çərçivəsində nəqliyyat, bank işi, investisiya, energetika, turizm, mədəniyyət və kommunikasiya məsələlərini müzakirə edəcək.

    Yanvarın 23-də müzakirələrin yekununda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.

    Yanvarın 22-də müzakirələr başa çatdıqdan sonra əməkdaşlığa dair yeni sənədin imzalanması planlaşdırılır.