Tom Kruz film çəkilişində təhlükəli tryuk icra edəcək
Ekran əsərində nəfəskəsici səhnələr olacaq
Hollivud ulduzu Tom Kruz “Çətin tapşırıq 7” filminin çəkilişləri zamanı ölümlə nəticələnə biləcək təhlükəli tryuk icra edəcək.
"kinonews.ru" saytı xəbər verir ki, ekran əsərində tamaşaçıların əvvəlki bölümlərdə gördüklərini üstələyən nəfəskəsici səhnələr olacaq.
“T.Kruz bu bölümdə sualtı səhnələrdə çəkiləcək. Aktyor bunun üçün suda altı dəqiqə nəfəsini tutmağı öyrənib. Tom və mən daim gördüyümüz işi müzakirə edirik və bunu daha yaxşı necə edə biləcəyimizi axtarırıq. Əvvəllər də ekran əsərinin digər bölümlərində sualtı səhnələr çəkmişik. Lakin biz bu səhnələrdən çox narazı idik. İndi isə bunu daha mükəmməl səviyyədə etməyi düşünürük”, - deyə filmin rejissoru Kristofer Makquari vurğulayıb.
Rejissor həmçinin qeyd edib ki, sualtı çəkilişlər çox çətin başa gələn işdir, təhlükəli olmaqla yanaşı, həm də yorucu bir prosesdir.