“Titanik” və “Avatar” da daxil olmaqla, bütün zamanların ən çox gəlir gətirən filmlərinin “Oskar” mükafatlı prodüseri Con Landau 63 yaşında vəfat edib.
Kinorejissor Ceyms Kemeronun uzun müddət prodüser tərəfdaşı olan Landau bir ildən çox xərçəng xəstəliyindən sonra vəfat edib.
Bacısı Tina sosial şəbəkədə onun ölümünü təsdiqləyərək onu "bir qızın xəyal edə biləcəyi ən yaxşı qardaş" adlandırıb.
Con Landaunun prodeserlik etdiyi, 1997-ci ildə hit olan "Titanik" filmi kassada 1 milyard dolları keçən ilk film oldu.
Daha sonra 2009 və 2022-ci illərdə ekranlara çıxan "Avatar" və onun davamı olan "Avatar: Su yolu" filmləri "Titanik" rekordunu qırmağa davam etdi.