Tramp: ABŞ-ın özünün "Patriot" raketlərinə ehtiyacı var
FT Trampın Zelenskiyə "Patriot" raket tutucularını çatdırmaqdan imtina etdiyini yazmışdı
Donald Tramp mətbuat konfransında ABŞ-ın özünün "Patriot" raketlərinə ehtiyacı olduğunu bildirib və Kiyevə təchizat ehtimalını şərh edib.
"Bayden Zelenskiyə 300 milyard dollar dəyərində sursat verib. Mən 2021-ci ildə vəzifəsindən gedəndə ehtiyat dolu idi və indi onu doldururuq", - deyə o bildirib.
Xatırladaq ki, "Financial Times" (FT) qəzeti əvvəllər Trampın Zelenskiyə "Patriot" raket tutucularını çatdırmaqdan imtina etdiyini, çatışmazlıqları və Yaxın Şərqdəki ABŞ aktivlərini qorumaq ehtiyacını əsas gətirdiyini bildirib.
1 dəqiqədən az