Tramp ermənilərin arzusunu ürəyində qoydu
ABŞ Prezidenti 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələri “soyqırım” adlandırmadı

ABŞ Prezidenti 1915-ci ildə Osmanlı İmperiyasında baş verən faciəli hadisələrin ildönümü ilə bağlı müraciətində “soyqırım” sözündən istifadə etməyib.
Tramp, beləliklə, Co Baydenin prezidentliyi dövründə (2021-2024) bütün dörd il ərzində etdiyi təxribatçı etirafdan imtina etdi.