XƏBƏRLƏR / Siyasət

Tramp İranla əməkdaşlıq edən ölkələrə 25% rüsum qoyub

ABŞ Prezidenti bu barədə "Truth Social" hesabında yazıb

Tramp İranla əməkdaşlıq edən ölkələrə 25% rüsum qoyub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25 faiz həcmində gömrük rüsumlarının tətbiq olunacağını bəyan edib.

    Tramp bu barədə "Truth Social" hesabında yazıb.

    “İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ-la həyata keçirilən bütün növ sövdələşmələr üzrə 25 faiz rüsum ödəyəcək”, - Ağ Ev rəhbəri qeyd edib.

    ABŞ Prezidenti vurğulayıb ki, qərar dərhal qüvvəyə minir.