Tramp və Netanyahu Ağ Evdə birgə bəyanatla çıxış ediblər
Bu barədə Ağ evin mətbuat xidməti xəbər yayıb

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş nazir Benyamin Netanyahu bir sıra əsas mövzuları, o cümlədən İranın yaratdığı təhlükə, Qəzza zolağında saxlanılan girovların azad edilməsi, HƏMAS-a qarşı müharibə və regiondakı geosiyasi çağırışları müzakirə ediblər.
Tramp ABŞ və İsrail arasında sıx əlaqə olduğunu vurğulayaraq, Netanyahu ilə ticarət məsələlərini müzakirə etdiyini əlavə edib. “Biz bir sıra problemlərin bir neçə həllini tapmışıq və onların üzərində işləməyə davam edəcəyik.
O, İran təhdidinin müzakirəsini də təsdiqləyib: "Biz İranla bağlı danışdıq. Biz İranla şənbə günü birbaşa danışıqlara başlayacağıq. Sövdələşmə daha yaxşıdır. Sövdələşmə olmasa, lazım olanı etməliyik".
Bundan əlavə, Suriyadakı vəziyyət müzakirə edilib. Netanyahu bildirib ki, ölkəsi “Türkiyənin Suriyadan İsrailə qarşı baza kimi istifadə etməsini istəmir və bu münaqişədən qaçmaq üçün yollar axtarır”.
Donald Tramp Netanyahuya İsrail və Türkiyə arasındakı fikir ayrılıqlarının yumşaldılmasında vasitəçi kimi çıxış edəcəyinə söz verib:
“İsrailə dedim: Türkiyə ilə problemi varsa, mən bunu həll edə bilərəm.