XƏBƏRLƏR / Münaqişə

Trampın müşaviri Hindistanı kəskin ittiham etdi

Stiven Miller rəsmi Dehlini Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməkdə günahlandırıb

Trampın müşaviri Hindistanı kəskin ittiham etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Trampın müşaviri Hindistanı Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməkdə ittiham edir.

    "Tramp çox açıq şəkildə bildirib ki, Hindistanın Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməyə davam etməsi qəbuledilməzdir. İnsanlar Hindistanın Rusiya neftini almaqda demək olar ki, Çinlə bərabər olduğunu öyrəndikdə şoka düşəcəklər. Bu, şokedici faktdır", - ABŞ-ın daxili təhlükəsizlik üzrə müşaviri Stiven Miller "Fox News" telekanalına müsahibəsində deyib.

    Rusiya Hindistana ən böyük neft tədarükçüsüdür və bu ölkəyə tədarükün ümumi həcminin təxminən 35%-ni təmin edir.

    Bundan əvvəl KİV-lər Trampın tariflər tətbiq etməklə hədələmələrinə baxmayaraq, Hindistanın Rusiya neftinin alınmasını dayandırmadığını yazıb.