XƏBƏRLƏR / Qonşular

Türkiyə prezidenti olmaq istəyən şəxslərin siyahısı

Bu siyahıda Rəcəb Tayyib Ərdoğan və Kemal Kılıçdaroğlunun adları yoxdur

Türkiyə prezidenti olmaq istəyən şəxslərin siyahısı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Ali Seçki Komissiyası prezident postuna namizədliyi seçicilərin imzası ilə irəli sürüləcək şəxslərin siyahısını yayımlayıb. Qərarı TRT Haber yayıb.

    Siyahıya Davut Turan, Doğu Perinçek, Erkan Trükten, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, Məhəmməd Əli Fatih Erbakan, Muharrem İnce, Sinan Oğan, Tevfik Ahmet Özal və Yakup Türkalın adları daxildir. Onların namizədliyi qanunda tələb olunan şərtlərə cavab verdiyi üçün qəbul edilib.

    Martın 27-dək bu namizədlərin hər biri 100 min seçici imzası olan protokolları komissiyaya təqdim etməlidir.

    Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Kemal Kılıçdaroğlunun namizədliyi siyasi partiyalar tərəfindən irəli sürüləcək.