XƏBƏRLƏR / Qonşular

Türkiyə diplomatı Ermənistanın yeni Konstitusiyası haqda

Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bu barədə sosial şəbəkədə yazıb

Türkiyə diplomatı Ermənistanın yeni Konstitusiyası haqda
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistan Konstitusiyasın yeni mətnini bəyəndiyini deyib. O, bu barədə "X" hesabında yazıb:

    "Ermənistan Konstitusiyasında mühüm dəyişiklik: Türkiyə ilə fikir ayrılığına səbəb olan ifadə çıxarılıb! Həmişə dediyim kimi, cənab Nikol Paşinyan konstruktiv və səmimi dialoq tərəfdaşıdır və bu, təkcə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üçün deyil, həm də regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün vacibdir".

    Qeyd edək ki, 1990-cı il Müstəqillik Bəyannaməsinin özündə Türkiyə və Azərbaycanın ərazi iddiaları və suverenliyin pozulması kimi qəbul etdiyi müddəalar var (xüsusən də bölgədəki ərazi iddialarından bəhs etmək, eləcə də Dağlıq Qarabağla birləşmək və Osmanlı İmperiyasında 1915-ci il hadisələrinin tanınmasına dəstək vermək qərarlarına istinad etmək).