XƏBƏRLƏR / Təbiət

Türkiyədə 5,6 bal gücündə zəlzələ baş verib FOTO

Bu barədə AFAD xəbər verir

Türkiyədə 5,6 bal gücündə zəlzələ baş verib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin şərqində yerləşən Malatya əyalətində Rixter şkalası üzrə 5,6 bal gücündə zəlzələ baş verib.

    AFAD-ın (Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumatına görə, 7,03 kilometr dərinlikdə baş verən zəlzələ Diyarbəkir, Qaziantep, Kahramanmaraş, Hatay və Adana kimi ətraf əyalətlərdə də hiss edilib.

    Çaxnaşmaya səbəb olan zəlzələ, təkanlar gücləndikcə, vətəndaşları evlərini və iş yerlərini tərk etməyə və açıq ərazilərdə gözləməyə vadar edib.