Adana şəhərinin Saimbeyli rayonunda yerli vaxtla saat 14:19-da (Bakı vaxtı ilə 15:19) 4,8 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin 7,99 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Bu zəlzələdən on yeddi dəqiqə sonra Saimbeyli rayonunda 4,9 bal gücündə başqa bir zəlzələ baş verib.
Bu zəlzələnin 8,67 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Adanada baş verən zəlzələlərdən sonra yerli vaxtla saat 14:43-də Bakı vaxtı ilə saat 15:43) qonşu Osmaniye əyalətinin Sumbas rayonunda 5,2 bal gücündə üçüncü zəlzələ baş verib.
AFAD Sumbasda mərkəzləşən zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
1 dəqiqədən az