Türkiyədə çörəyin qiyməti bahalaşıb.
İyul ayından etibarən çörək Türkiyənin hər yerində eyni qiymətə satılacaq.
Türkiyə Çörəkçilər Federasiyasının prezidenti Halil İbrahim bildirib ki, yeni qərara görə 200 qramlıq çörəyin qiyməti 5 lirədən 7-7,5 lirəyədək (50 qəpik) artacaq.
10 lirəyə satılan çörəyin 400 qramı 15 lirə (1 manat), Trabzon çörəyinin 800 qramı isə 30 lirə (2 manat) olub.