Türkiyədə Ərdoğanın andiçmə mərasimi keçirilib VİDEO

Prezident Ərdoğanın andiçmə mərasimində 20 dünya lideri və 45-ə yaxın nazir iştirak edir

  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu gün Bakı vaxtı ilə saat 16:00-da Türkiyə Böyük Millət Məclisində  Prezident R.T.Ərdoğanın andiçmə mərasimi başlayıb:

    “Prezident kimi dövlətin varlığını və müstəqilliyini, vətənin və millətin bölünməz bütövlüyünü, millətin qeyd-şərtsiz suverenliyini qoruyacağıma, Konstitusiyaya, hüququn üstünlüyünə, demokratiyaya, Atatürk ölkə və iqilablarına və layiq Cümhuriyyət ölkəsinə bağlı qalacağıma, millətin xoşbəxtliyi və rifahı naminə, hər kəsin hüquq və əsas azadlıqlarından faydalanmaq ideologiyasından dönməyəcəyimə, Türkiyə Cümhuriyyətinin şöhrətini və şərəfini qorumaq, ucaltmaq və öhdəmə götürdüyüm tapşırığı qərəzsizliklə yerinə yetirmək üçün var gücümlə çalışacağıma Böyük Türk Milləti və tarix qarşısında namusum və şərəfimlə and içirəm”.

    Prezident Ərdoğanın andiçmə mərasimində 21 dünya lideri, 13 baş nazir, 40-a yaxın yaxın nazir iştirak edir.

    Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberqin də iştirak edir. Somali, Əlcəzair və Balkan ölkələrinin iştirakı prezident səviyyəsindədir. Qətərin Baş naziri Əl Taninin parlamentdəki liderlər üçün ayrılmış lojadadır.

    Ermənistanın baş naziri Nikol Paşinyan da Ərdoğanın andiçmə mərasimindədir.

    Prezident Ərdoğanın andiçmə mərasimində 21 dünya lideri, 13 baş nazir, 40-a yaxın yaxın nazir iştirak edir.

    Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberqin də iştirak edib.

    Ərdoğan saat 21:00-da Ankaradakı Çankaya Köşkündə türk dünyasının dövlət başçıları ilə nahar edəcək.

    Axşam saat 23.00-da isə Türkiyə Prezidenti Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.