XƏBƏRLƏR / Təbiət

Türkiyədə güclü zəlzələ: 50-yə yaxın yaralı var FOTO

Əhali gecəni küçələrdə keçirib

Türkiyədə güclü zəlzələ: 50-yə yaxın yaralı var FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:30

    Türkiyədə zəlzələdən sonra iki nəfər ürəktutmadan dünyasını dəyişib. Onlardan biri 48 yaşlı Hikmət Çələbi, digəri isə 63 yaşlı Sevim Çengeldir. Adı çəkilən şəxslər zəlzələdən sonra yaşadıqları həyəcan səbəbindən ürəktutmadan vəfat ediblər. Yaralı sayı 50-dir.

    10:10

    Son məlumata görə, Türkiyədə baş vermiş zəlzələ zamanı yaralı  sayı 46-dır.

    ***

    Türkiyənin Düzce vilayətində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca twitter hesabında məlumat paylaşıb. Düzcedə 1-i ağır olmaqla 32, İstanbulda 1, Boluda 1, Zonquldakda 1 yaralı var.

    Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.

    Episentri Düzcenin Gölyaka rayonu olan zəlzələ yerli vaxtla saat 04:08-də, 6,81 kilometr dərinliyində qeydə alınıb.

    Güclü zəlzələ əhali arasında təşvişə səbəb olub. İnsanlar gecəni küçələrdə, parklarda keçiriblər. Son məlumata görə, zəlzələ nəticəsində müxtəlif ərazilərdə infrastruktura ziyan dəyib, 40-a yaxın yaralı var.

    Əhalinin narahatlığı fotokameralardan yayınmayıb: