Türkiyənin Sakarya şəhərində mebel emalatxanası yanıb.
NTV xəbər verir ki, hadisə şəhərin Akyazı səmtində olub.
Güclü yanğın nəticəsində ətrafı qatı tüstü bürüyüb, bəzi şəxslərdə zəhərlənmə əlamətləri müşahidə olunub.
Onlara ilkin tibbi yardım göstərilib.
Emalatxana yararsız vəziyyətə düşüb.
Yanğının səbəbi araşdırılır.