Türkiyədə yaşayış binasında yanğın olub, 3 nəfər ölüb
Bu barədə "TRT Haber" məlumat yayıb
Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda 26 mərtəbəli binanın dördüncü mərtəbəsində baş verən güclü yanğın zamanı biri azyaşlı olmaqla 3 nəfər ölüb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Ölənlərdən biri 3,5 yaşlıq uşaqdır.
Məlumata görə, hadisə zamanı daha 39 nəfər tüstüdən zəhərlənib.
Qeyd edilir ki, hadisənin başvermə səbəbi məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
1 dəqiqədən az